Partlayış baş verən kolbasa sexində 4 nəfər olub
0
0
Bu gün Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş partlayış yerinə Fövqəladə Hallar Nazirliyinin, Nərimanov rayon Polis İdarəsinin və Prokurorluğunun nümayəndələri gəliblər.
Lent.az-ın verdiyi məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov da hadisə baş verən kolbasa sexində olub. Baş həkimin müalicə və metodik işlər üzrə müavini Suğra Bəşirovanın Lent.az-a verdiyi məlumata görə, məlum olay baş verən zaman sexdə 4 nəfər olub və onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
S.Bəşirova həmçinin bildirib ki, ölən şəxslərin və yaralının adları dəqiqləşdirilir.
Nizam RZA