Siyəzəndə güclü yanğınlar başlayıb
0
0
Bu gün Siyəzən rayonunda dağlıq ərazidə otlaq sahənin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə cəlb edilib. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib.
İlkin məlumata görə, yanğının ümumi sahəsi 300-400 ha təşkil edir. Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.
İlkin məlumata görə, yanğının ümumi sahəsi 300-400 ha təşkil edir. Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.
0
0