Qəzaya uğrayan təyyarəmizin “qara qutu”su hələ də oxunmayıb
0
0
Bu barədə Lent.az-a təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü, “Silk Way” aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov məlumat verib.
O bildirib ki, təyyarənin tapılan “qara qutu”su oxunmaq üçün Moskvaya göndərilməli olsa da, Əfqanıstan Nəqliyyat Nazirliyi bu məsələni yubadır: “Hazırda danışıqlar gedir. Əfqanıstan tərəfi ilə rəsmi yazışmalar davam edir”.
A. Qasımov onu da bildirib ki, hazırda əsasən qəzada ölənlərin ailələrinə kompensasiyaların verilməsi ilə bağlı sənədləşdirmə işlərinin yekunlaşdırılmasına çalışırlar: “Cəsədlərin DNT analizdən keçirilməsi davam edir, digər tərəfdən də sənədləşdirmə işlərini yekunlaşdırmağa çalışırıq ki, ölənlərin yaxınlarına kompensasiyalar verilsin. Eyni zamanda, Əfqanıstan tərəfindən təyyarənin “qara qutu”sunun Moskvaya göndərilməsini gözləyirik”.
Komissiya üzvü Azərbaycanın Əfqanıstanı “qara qutu”nun Moskvaya oxunmağa göndərilməsinə tələsdirdiyini, lakin bununla belə, Əfqanıstan rəsmilərinin hələ ki bu prosesi ləngitdiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən radarlardan itib. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Azərbaycan tərəfi də bu məlumatı təkzib etmir.
Anar GƏRAYLI