Əhali 11 avtoşu polisin “əlindən alıb”
0
0
Bakı şəhər Yol Polisi İdarəsi avtoxuliqanların əsasən paytaxtın hansı hissələrində aktivlik göstərdiyini ictimaiyyətə açıqlayıb. İdarədən Lent.az-a verilənməlumata görə, Bakıdakı avtoxuliqanlar 20-30 yaş həddindədir. Onlar daha çox“5 mərtəbə” və 3-cü mikrorayon dairəsi, Zərifə Əliyeva parkı, Hüseyn Cavid parkı ətrafında, həmçinin Babək, Tibilisi, Nobel prospektləri, Rəşid Behbudov, Bakıxanov küçələri və Biləcəri şossesində aktivlik göstərirlər.
İdarədən Lent.az-a verilənməlumatda deyilir: “Təəccüblüdür ki, DYP-nin avtoxuliqanlara qarşı keçirdiyi tədbirlər zamanı avtoxuliqanlıq edənləri açıq-aşkardəstəkləyən, onların əməllərinə bəraət qazandıran və azarkeşlik edən bəzi vətəndaşların dırnaqarası səyi nəticəsində 11 avtoxuliqan sürücü məsuliyyətdən yayına bilib. Polisin qanuni fəaliyyətinə müdaxilə edən və digər bəhanələrlə bilərəkdən maneə yaradan 49 vətəndaş polis bölmələrinə çağırılıb və onlarla fərdi söhbət aparılıb”.
Nizam RZA