Gürcüstanda iki azərbaycanlı sahibkar tutulub
0
0
APA-nın Gürcüstan bürosunun məlumatına görə, xalça alveri ilə məşğul olan bu sahibkarlardan ikisi azərbaycanlıdır. Məlumata görə, sahibkarlar Nana Bololaşvili, Cəvahirat Məhərrəmov, Zöhrab Rəcəbov və “Finandazi” şirkətinin hələlik adı açıqlanmayan rəhbəri saxlanılıb. İstintaqdan bildirilib ki, onlar Tiflisdəki Lilo bazarında xalça satarkən sənədlərdə malın dəyərini real qiymətdən 20% aşağı yazıb, bununla, ölkə büdcəsinə ziyan vurublar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Onları 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Onları 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
0
0