Bakıda “Kia” aşdı: 4 yaralı
01 avqust 2011 18:41 (UTC +04:00)

Bakıda “Kia” aşdı: 4 yaralı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda “Kia” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarına yuvarlanıb.


Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı həmin avtomobildə olan 4 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qadalarına riayət etməklə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Əməliyyat saat 14:34-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar