Ağcabədidə 2 uşaq anası özünü kanala atıb
01 avqust 2011 11:19 (UTC +04:00)

Ağcabədidə 2 uşaq anası özünü kanala atıb

0
Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Laçın rayonundan məcburi köçkün olan 1987-ci il təvəllüdlü Quliyeva Cəmilə Nəbi qızı özünü öldürüb. O, özünü rayon ərazisindəki kanala ataraq, intihar edib.



Məlumata görə, 24 yaşlı C.Quliyeva ailəli olub. O, Şəki rayonunda yaşayan yaxın qohumu ilə ailə qurubmuş və 2 övladı varmış. İyulun 29-da isə gənc qadın Ağcabədiyə dayısı evinə qonaq gəlib. Lakin gecə saatlarında o evdən qaçıb. Dərhal C.Quliyevanın dayısı telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. İyulun 31-də isə C.Quliyevanın dayısı onun çəkələklərini kanalın kənarında tapıb. Dərhal kanalda axtarışlar başlanılıb və C.Quyliyevanın meyiti aşkarlanaraq sudan çıxarılıb.


Qeyd edək ki, intihar etmiş qadın ikinci övladını dünyaya gətirdikdən sonra psixi sarsıntı keçirib və tez-tez özünü öldürəcəyini deyirmiş. Faktla əlaqədar Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar