Nabranda 100-dən çox sürücü cəzalandırıldı
0
0
Reyddə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Ərəstun Məcidov Lent.az-a bildirib ki, iki gün ərzində keçirilən reyd zamanı yol hərəkəti haqqında qanunun tələblərini pozan 100-dən çox sürücü cəzalandırılıb. Onlar haqqında müvafiq protokollar tərtib olunub. Ə.Məcidov reydlərin istirahət zonalarında təşkil olunduğunu və istirahət mövsümündə mütəmadi keçiriləcəyini deyib. Onun sözlərinə görə, reydlərin keçirilməsinin əsas məqsədi baş verə biləcək qəzaların qarşısını almaqdır.
Vəli Turan
Vəli Turan
0
0