Aeroport yolunda beton qarışdıran maşın aşdı – FOTO
01 avqust 2011 10:02 (UTC +04:00)

Aeroport yolunda beton qarışdıran maşın aşdı – FOTO

0
Bu gün saat 08:30 radələrində Bakı şəhər Suraxanı rayon ərazisində yol nəqliyyat hadisəsi baş verib.


Suraxanı RPİ 31-ci PB-dan Lent.az-a verilən məlumata görə, Aeroport yolunda “Mercedes” markalı beton qarışdıran maşın aşıb. Yük avtomobili Mərdəkan istiqamətinə hərəkət edərkən qəflətən idarəetmədən çıxıb və yolun ortasındakı metal maneəyə çırpılıb. Təxminən 30-35 metr metal maneəni dağıdan maşın daha sonra aşıb. Nəticədə yol xeyli müddət bağlı qalıb və tıxac yaranıb.


Qəza nəticəsində bir minik avtomobilinə də ziyan dəyib. Beton qarışdıran maşının sürücüsü isə xəsarətlə canını qurtara bilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar