“VAZ 21015” dərəyə aşdı: 1 ölü
31 iyul 2011 16:15 (UTC +04:00)

“VAZ 21015” dərəyə aşdı: 1 ölü

0
Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza iyul ayının 31-də gecə saatlarında qeydə alınıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Ramazanov Cəmil Tahir oğlunun idarə etdiyi 90 XS 495 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı avtomobil Quba şəhəri istiqamətində hərəkət edərkən Quba-Qonaqkənd yolunun 1-ci km-də aşaraq yolun kənarına düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 27 yaşlı Quba şəhər sakini Dəyanət Bayramov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü Cəmil Ramazanov isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar