Lerikdə dəhşət: iki yeniyetmə şəlalədə boğuldu
İyulun 29-da saat 16 radələrində Lerik rayonunda iki yeniyetmə şəlalaləyə düşərək boğulub. Lerik rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qələbin kəndi ərazisində yerləşən şəlalənin yaxınlığında dayanmış 1996-cı il təvəllüdlü Qələbin kənd sakini, Şalıyev Qabil Rəzzaq oğlunun ayağı sürüşərək şəlalənin yaratdığı gölə düşüb. Bu zaman Q.Şalıyevin yaxınlığında olan xalası oğlu, 1996-cı il təvəllüdlü Sultanov Xanıbəy Əvəz oğlu onu xilas etməyə çalışıb. Lakin üzməyi bacarmayan digər yeniyetmə də xalası oğlu ilə bir yerdə boğulub.
Məlumata görə, X.Sultanov Babaküçə kəndindən xalası evinə qonaq gəlibvmiş və həmyaşıdı olan xalası oğlu ilə gəzməyə çıxıbmış. Qeyd edək ki, X.Sultanovun böyük qardaşı bu il fevral ayında Babaküçə kəndi yaxınlığında qar üçqununa düşüb və dünyasını dəyişib. Bu hadisədən sonra X.Sultanov ailədə qalan yeganə övlad imiş.
Yeniyetmələrdən birinin meyiti axşam, digərininki isə gecə saatlarında tapılıb.
Nizam RZA

533