Günün tarixi
01 avqust 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edilib.

1291. İsveçrə Federal Paktının imzalanması İlə İsveçrə Konfederasiyası təşkil edilib. Bu tarix İsveçrədə milli bayram kimi qeyd edilir
1473. Malatyada Uzun Həsən və Osmanlı Sultanı II Mehmedin qoşunları arasındakı döyüşdə osmanlılar məğlub olub
1744. Fransız bioloq Jan Batist Lamark anadan olub
1780. İsveçrə “daimi neytrallığını” elan edib
1914. Almaniya Rusiyaya qarşı müharibə elan edib
1918. Bakıda Sentrokaspi Diktaturası və Fəhlə, əsgər deputatları sovetinin müvəqqəti icraiyyə komitəsi birgə hökumət təşkil edib. Lakin bu hökumətin varlığı uzun sürməyib
1939. Sovet İttifaqı Qəhrəmanı fəxri adı təsis edilib
1944. Faşist qoşunlarına qarşı Varşava üsyanı başlayıb
1960. Kinoşünas Ayaz Salayev anadan olub
1961. Bəstəkar Qəmbər Hüseynli vəfat edib
1975. Helsinkidə sülh və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da ATƏM (indiki ATƏT) təşkil edilib
2001. Azərbaycanda bütün nəşriyyat işləri və yazışmalar latın qrafikasına keçirilib
2009. Azərbaycanın bütün hərbi attaşeləri Bakıya çağırılıb...

Günün aforizmi
“Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək”.
Bəxtiyar Vahabzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar