Əfqanıstandakı qəza yerindən ilk görüntülər nümayiş etdirildi
Lent.az-ın məlumatına görə, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov video və foto görüntüləri jurnalistlərə nümayiş etdirib. O bildirib ki, görüntülər Əfqanıstanda qəzanı araşdıran komissiyanın azərbaycanlı nümayəndələrinin iştirakı ilə vertolyotdan çəkiblər.
İ. Əmirov bildirib ki, qəza təxminən 4 min metr hündürlüyü olan dağın sıldırımlı hissəsində baş verib. AZAL rəsmisi bildirib ki, təyyarədə qəza zamanı təxminən 30 ton yaxın yanacaq olub. Qəza zamanı yanğının sıçradığı ərazinin diametri həddən artıq genişdir.
İ. Əmirov deyib ki, ABŞ səfirliyi, NATO və s. kimi bir neçə beynəlxalq və dövlət qurumlarına müraciət etsələr də, heç kim qəza baş verən yerə getməyə köməklik göstərə bilməyib. Qəza yerindən də aydın olur ki, təyyarənin qalıqlarının olduğu yer kəskin sıldırımlıdır və bu səbəbdən də oraya enmək və müəyyən araşdırma aparmaq hədsiz çətindir. Həmçinin, qəza yeri “Taliban” terrorçularının nəzarətində olduğu üçün ora yaxınlaşmaq çətindir.
Anar GƏRAYLI

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18