Şabranda ağır qəza: 1 ölü, 5 yaralı
09 iyul 2011 10:20 (UTC +04:00)

Şabranda ağır qəza: 1 ölü, 5 yaralı

İyulun 8-də axşam saatlarında Şabran rayonun ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob Yalama yolunun 1-ci km-də qeydə alınıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən 10 KX 132 dövlət nömrə nişanlı “Mercedes 230” markalı avtomobil əks istiqamətdə hərəkət edən 90 DS 153 dövlət nömrə nişanlı “Fiora 012” markalı avtomobillə toqquşub. Nəticədə “Fiora” markalı avtomobilin sürücüsü, Siyəzən rayon sakini, 1957-ci il təvəllüdlü Tanrıverdi İsgəndərov hadisə yerindəcə ölüb. Avtomobildə olan sərnişinlər - Siyəzən rayon sakinləri 1965-ci il təvəllüdlü Meynə İsgəndərova və 2010-cu il təvəllüdlü Arzu İsgəndərova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxananın travmatologiya şöbəsindən Lent.az-a verilən məlumata görə, xəstələrdən Meynə İsgəndərovanın vəziyyəti ağırdır.

“Mercedes 230” markalı maşında olan 1982-ci il təvəllüdlü Xaçmaz rayonu Qobuqırağı kənd sakini Pərvanə Məmmədova, 2006-cı il təvəllüdlü Ləman Məmmədova və 2010-cu il təvəllüdlü Nihad Məmmədov xəsarət alıb. Bu şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar