Kür üzərində uçan körpü təmir olunub
08 iyul 2011 19:50 (UTC +04:00)

Kür üzərində uçan körpü təmir olunub

0
Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərində uçan körpü təmir olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib.


Onun dediyinə görə, bu gün saat 16:00 radələrində körpü üzərində avtomobillərin hərəkəti bərpa olunub.


Qeyd edək ki, bu gün səhər Kür çayı üzərindəki körpünün üstündəki eninə iki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadrat metr hissənin bərpası üçün yeni beton plitələr gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar