İslam Partiyası üzvlərinin məhkəməsi başladı
Lent.az-ın məlumatına görə, məhkəməyə hakim Eldar İsmayılov sədrlik edir. Dövlət ittihamçısı isə Vüqar Quliyevdir. Təqsirləndirilən şəxslər isə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, M. Səmədovun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın Masallı rayon təşkilatının üzvü Fəraməz Abbasov və istintaq müddəti dövründə ev dustaqlığında olan Zülfüqar Mikayılovdur.
Prosesdə təqsirləndirilən Mövsüm Səmədovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin məhkəmə prosesində dəmir barmaqlıqlardan çıxarılaraq, yanında oturmasının təmin edilməsini istəyib. Hakim E. İsmayılov vəsatətin əsassız olduğunu bildirib və təmin etməyib.
A. Qasımlının ikinci vəsatəti isə Mövsüm Səmədovun haqqında qaldırılmış cinayət işinə xitam verilməsi ilə bağlı olub. Vəkil müdafiə etdiyi şəxsin ittiham olunduğu cinayət əməllərinin heç birinə aidiyyatı olmadığını və istintaq prosesində də ittihamın tam sübutlarla təsdiq edilmədiyini bildirib.
Vəsatət baxılmamış saxlanılıb, proses iyulun 14-ə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Anar GƏRAYLI

448