Öldürülən 5 yaşlı Sevincin ögey anası atasını ölümlə hədələyib
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahlar Həsənov məhkəmə istintaqı zamanı ona qarşı kobudluq edildiyini, onun ifadəsi alınmadan şahidlərin dindirildiyini iddia edərək, məhkəmənin tərkibinə etirazla bağlı vəsatət qaldırıb. Ş. Həsənov qeyd edib ki, proses bu cür davam edərsə, o məhkəmə zamanı susmaq hüququndan istifadə edəcək və təcridxanaya qayıdandan sonra isə aclıq aksiyasına başlayacaq. Bundan sonra təqsirləndirilən şəxsin vəsatəti və tələbi müzakirə olunub. Prokuror və digər təqsirləndirilən Rəbiyyət Osmanova prosesin bu şəkildə davam etdirilməsini məqsədəuyğun hesab ediblər. Müşavirədən qayıdan hakim heyəti məhkəmənin qərarını elan edib. Məhkəmə təqsirləndirilən Ş. Həsənovun vəsatətinin qanunla sübuta yetirilmədiyini əsas gətirərək, tələbin yerinə yetirilməməsi barədə qərar çıxarıb.
Ş. Həsənov ifadə verməkdən imtina etdiyinə görə, prosesdə onun ibtidai istintaqa verdiyi ilkin ifadəsi elan olunub. O ilkin ifadəsində fevralın 26-da saat 24.00-da evə gəldiyini və R. Osmanovanın azyaşlı qızı Sevinc Həsənovanı döydükdən sonra yatızdırdığını şahidi olduğunu deyib: “Uşağa yaxınlaşanda onun üzünün qızardığını gördüm. Rəbiyyət dedi ki, üstünü batırdığına görə döymüşəm. Saat dəqiq yadımda deyil, amma gecə saatlarında uşağın yenə ağladığını eşitdim. Üzü divara tərəf yatmışdı. Yaxınlaşıb ayağımın baş barmağı ilə iki dəfə başına vurdum və yatmağını tələb etdim. Bu zərbə öldürücü ola bilməzdi. Fevralın 27-də isə Rəbiyyət telefonuma zəng edərək uşağın vəziyyətinin pis olduğunu dedi və mən təcili yardıma zəng etdim. Evə gəlib, təcili yardımla uşağı xəstəxanaya apardım. Sonra uşaq xəstəxanada keçindi”.
İfadəsi elan olunduqdan sonra Ş. Həsənov ifadə vermək niyyətində olmadığını yalnız, günahsız olduğunu bildirib. Həmçinin, prosesdə ibtidai istintaq zamanı Ş. Həsənovla R. Osmanovanın bir-birinə ünvanladıqları məktub da elan olunub. Məktubda hər iki təqsirləndirilən cinayətin baş verməsində bir-birilərini ittiham ediblər. R. Osmanova məktubunda Ş. Həsənovu öldürəcəyi ilə hədələyib: “Şahlar, bilsəydim ki, məni “zona” göndərəcəklər, səni öldürüb gələrdim”.
Prosesdə R. Osmanova məktubu onun yazdığını təsdiqləyib: “Şahlar mənə məktubla ismarış göndərdi ki, cinayəti boynuna al. Cinayəti mən yox, Şahlar törədib. Xahiş edim ki, məhkəmə işə düzgün baxsın”.
Prosesdə Ş. Həsənovun vəkili ibtidai istintaqda dindirilən 4 şahidin məhkəmə prosesində də ifadə verməsi barədə vəsatət qaldırıb. Məhkəmə buna etiraz etməyib.
Proses iyulun 8-də davam etdiriləcək.
İttihama görə, 2011-ci il fevralın 26-da axşam saatlarında 2006-cı il təvəllüdlü Sevinc Həsənova yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi S. Bəhlulzadə küçəsi, döngə 13, 9 saylı evdə analığı Rəbiyyət Osmanova tərəfindən döyülüb. Atası Şahlar Həsənov saat 22.00 radələrində uşağın yatağında ağlamasına və sakitləşməməsinə görə Sevincin baş nahiyəsinə təpiklə qəsdən bir neçə zərbə vurub. Fevralın 27-də Sevinc aldığı xəsarətlərdən huşunu itirdiyinə görə, onu xəstəxanaya aparıblar. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Cinayət işi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Həsənov Şahlar Cümşüd oğlu və 1976-cı il təvəllüdlü Osmanova Rəbiyyət Osman qızı şübhəli şəxs qismində tutulublar. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham olunurlar.
R. Osmanova Rusiya vətəndaşıdır, 1999-cu həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib və 2006-cı ilə qədər məhkumluq həyatı yaşayıb.

416