İmişli sakini arvadını boğub öldürdü
08 iyul 2011 11:05 (UTC +04:00)

İmişli sakini arvadını boğub öldürdü

0
Azərbaycanın İmişli rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə iyulun 7-də İmişli rayonu, Cahar kəndi yaxınlığındakı meşə massivində qeydə alınıb. Rayonun Bəhramtəpə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elnarə Nəsirovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən araşdırmalar zamanı məlum olub ki, mərhum, qeyri-rəsmi nikahda yaşadığı, 1982-ci il təvəllüdlü Mənsur Əhmədov tərəfindən boğularaq qətlə yetirilib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Baş vermiş hadisə ilə bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda qətli törədən M. Əhmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar