Sabunçu rayonunda intihar
08 iyul 2011 11:02 (UTC +04:00)

Sabunçu rayonunda intihar

Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Elşad Nəbiyev yaşadığı ünvanda özünü asıb. Mərhumun meyiti hadisə baş verəndən xeyli sonra ailə üzvləri tərəfindən aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar