Əfqanıstanda təyyarə qəzasını araşdıran komissiya üzvlərimiz olay yerinə gediblər
Bu barədə “APA-ECONOMICS”ə təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov məlumat verib.
Onun sözlərinə görə, komissiya üzvlərini aparan hərbi vertolyot Bakı vaxtı ilə saat 10:30-da Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) müşayiəti ilə Baqram aeroportundan havaya qalxıb: “Komissiyanın dünənki iclasında razılaşdırılmış plana əsasən komissiya üzvləri vertolyotdan endikdən sonra müəyyən məsafəni qəza baş verən dağın ətəyinə qədər zirehli transportyorlarla gedəcəklər, daha sonra isə hadisənin baş verdiyi yerədək üç saat piyada yürüməli olacaqlar”.
A.Qasımov komissiya üzvlərinin hərəkət marşrutunun təhlükəsizlik məqsədilə açıqlanmayacağını bildirib.
Qeyd edək ki, Əfqanıstanda baş verən qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyada Əfqanıstan, Azərbaycan və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) nümayəndələri təmsil olunur. Bu komissiyada təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkətinin nümayəndələri də var. Azərbaycan tərəfdən komissiyanın rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirovdur.
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

Oxşar yazılar

Bakıda evdə partlayış: Yaralıların vəziyyəti ağırdır - VİDEO -YENİLƏNİB
2 mart 2025 , 13:07
Ağcabədidə evdə yanğın-Xəsarət alan var
2 mart 2025 , 11:19
Dəm qazından daha bir qadın öldü
2 mart 2025 , 09:06
Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
2 mart 2025 , 03:39
Naxçıvanda avtomobil iki yeniyetməni vurdu
2 mart 2025 , 01:38
Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü
2 mart 2025 , 01:10
Lənkəranda yük maşını çaya düşdü
1 mart 2025 , 22:51