İslam Partiyası üzvlərinin məhkəməsinin tarixi bəlli oldu
Azərbaycan İslam Partiyasının (AİP) hazırda həbsdə olan funksionerləri - sədr Mövsüm Səmədov, sədrin müavini Vaqif Abdullayev, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev və partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı bəlli olub.
Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımovun məlumatına görə, iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.
Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunurlar.
Anar GƏRAYLI

348