Azərbaycan-İran sərhədində atışma: leytenantımız həlak olub
04 iyul 2011 12:03 (UTC +04:00)

Azərbaycan-İran sərhədində atışma: leytenantımız həlak olub

Azərbaycan-İran sərhədində atışma olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, iyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub.

Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.

Dövlət sərhədinin pozulmasını qarşısını alıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar