İslam Partiyasının mitinq müraciətinə rədd cavabı verildi
AİP-in sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyanın iyulun 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyası yaxınlığında və ya “Təbriz” kinoteatrının qarşısında mitinq keçirilməsi üçün razılaşdırılması ilə bağlı müraciətinə mənfi cavab verib. AİP sədri Elçin Manafova verilən rəsmi cavabda BŞİH mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
A. Heydərli BŞİH-nin cavab məktubunun hələlik müzakirə olunmadığını, partiyanın növbəti addımlarla bağlı qərar vemədiyini deyib.
Qeyd edək ki, BŞİH-ya mitinqinlə bağlı iyunun 28-də müraciət edilib. Mitinqdə Qarabağ münaqişəsinin həlli, İslamofobiyanın qarşısının alınması və barələrində həbs-qətimkan tədbiri seçilən partiyanın rəhbər üzvlərinin azadlığa buraxılması ilə bağlı tələblər səsləndirilməsi nəzərdə tutulmuşdu.

420