Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Tabil Həsənov
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Tabil Qasım oğlu Həsənov 1960-cı il iyulun 4-də Xocalı rayonu Kosalar kəndində anadan olub. O 1990-cı ildə kənd sakinlərindən özünümüdafiə dəstəsi yaradıb, Kosalar, Meşəli, Cəmilli və digər kəndlərin müdafiəsində fədakarlıqla döyüşüb, 1991-ci il dekabrın 15-də ermənilərin Cəmilli kəndinə hücumunu dəf edib, Qırxqız yüksəkliyində ermənilərin onlarla canlı qüvvəsini məhv edib. Bu döyüşdən sonra xalq onu “Qırxqız qartalı” deyə çağırıb, bu döyüşdən az sonra öz dəstəsi ilə birlikdə Meşəli kəndinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. 1992-ci il martın 29-da Kosalarla Xankəndi arasındakı Ağdaş yüksəkliyi uğrunda döyüşdə onun dəstəsi 53 erməni yaraqlısını məhv edib, onlardan 12-ni Tabil özü öldürüb. Düşmən məğlub edilib, lakin Tabil özü qəhrəmanlıqla həlak olub. Kosalar kəndində dəfn edilib.

836