Fahişəliklə məşğul olmaq üçün Türkiyə vətəndaşlığı alan azərbaycanlı qadınlar tutuldu
02 iyul 2011 16:41 (UTC +04:00)

Fahişəliklə məşğul olmaq üçün Türkiyə vətəndaşlığı alan azərbaycanlı qadınlar tutuldu

Lent.az-ın məlumatına görə, tutulanlardan 6-sı əslən azərbaycanlı qadınlardır.

Onların sırf Türkiyədə qalaraq fahişəliklə məşğul olmaq üçün bir müddət öncə bu ölkənin vətəndaşlığını qəbul etdikləri üzə çıxıb. Tutulanların 4-ü müştəri, 22-si qadın, 5-i fahişəbaşı və vasitəçilərdən ibarət olub. Tutulanların 27-si məsuliyyətə cəlb olunub. Müştərilər isə ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Ələ keçirilən şəbəkənin işlətdiyi kafelərdən qadın alveri məqsədilə yararlandığı müəyyənləşib. Kafe sahibləri müştərilərdən kredit kartı ilə də ödəmə qəbul ediblər. Bir qadının xidmət haqqı isə 70-80 lirə (təqribən 35-40 manat) aralığında olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar