Sulutəpədə manyak peyda olub
28 iyun 2011 18:47 (UTC +04:00)

Sulutəpədə manyak peyda olub

Bu gün Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində manyakın peyda olması ilə bağlı Lent.az-a məlumat verilib. Qəsəbə sakinlərinin Lent.az-a verdiyi məlumata görə, naməlum şəxs Sulutəpə qəsəbəsi ərazisində yerləşən uşaq bağçasının qarşısında uşaqları gözləyən qadına hücum edib.

Naməlum şəxs adının açıqlanmasını istəməyən qadının çiyin nahiyəsindən bir neçə dəfə dişləyərək hadisə yerindən qaçıb. Yaxınlıqdakı şəxslər onu qovaraq tutmaq istəsə də, buna nail ola bilməyiblər. Həmin şəxs Hökməli qəsəbəsi istiqamətindəki dağa doğru qaçıb.

Sakinlərin verdiyi məlumata görə, məsələ ilə bağlı ərazi üzrə sahə müvəkkilinə müraciət edilib. Sulutəpə qəsəbəsinin aid olduğu Binəqədi RPİ 40-cı Polis Bölməsindən isə onlarda bu tip hadisə ilə bağlı məlumatın olmadığını dedilər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar