Ali Məhkəmə Eynulla Fətullayevin şikayətinə iyulun 27-də baxacaq
28 iyun 2011 13:05 (UTC +04:00)

Ali Məhkəmə Eynulla Fətullayevin şikayətinə iyulun 27-də baxacaq

Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmədən müdafiə tərəfinə göndərilən xəbərdarlıqda deyilir ki, iyulun 13-ə təyin olunan məhkəmə iclası prosesə sədrlik edən hakim Hafiz Nəsibovun məzuniyyətə çıxması səbəbindən təxirə salınıb.
Proses iyulun 27-nə təyin edilib.

Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsin Eynulla Fətullayevin qanunsuz narkotik saxlaması ittihamına görə onun 2,5 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar