Qəhrəmanlar unudulmur - Zakir Məcidov, Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradov
27 iyun 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Zakir Məcidov, Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradov

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

27 iyun Milli Qəhrəmanlar Zakir Məcidov, Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradovun doğum günüdür.


Zakir Nüsrət oğlu Məcidov - 1956-cı il iyunun 27-də Neftçala rayonu Həsənabad kəndində anadan olub. Aviasiya zabiti olaraq, 1992-ci ildə “N”saylı hərbi hava hissəsində hərbi vertolyot komandiri təyin edilib, Ağdərə isitiqamətində hərbi əməliyyatlarda dəfələrlə şücaət göstərib, Aterk kəndində ermənilərin qərargahını darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb, 1992-ci il avqustun 6-da düşmənin Kasapet yüksəkliyindəki 3 mövqeyini dağıdıb, 4-cü dəfə havaya qalxaraq, döyüşə girib və qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.






Yavər Yaqub oğlu Əliyev 1 - 956-cı il iyunun 27-də Bakı şəhərində anadan olub. Aviasiya zabiti olaraq, hərbi vertolyotun ikinci pilotu, sonra isə komandiri kimi Qarabağ müharibəsində rəşadətlə vuruşub, MDB hərbi hissələrindən Azərbaycana hərbi vertolyotların gətirilməsində müstəsna xidmətləri olub, 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulub, qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 235 saylı məktəb onun adını daşıyır.





Malik Hamil oğlu Əsədov - 1962-ci il iyunun 27-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 1990-cı ildən başlayaraq Xocalı, Əsgəran, Ağdam, Şuşada gedən döyüşlərdə iştirak edib, 1992-ci il yanvarın 18-də Şuşa rayonu Nəbilər kəndi yaxınlığında rəhbərlik etdiyi 6 nəfərlik bölüklə düşmənin on qat artıq qüvvəsinə qarşı döyüşə girib, sonda tək qalıb, lakin axıra qədər vuruşub, düşmənin kəndə girməsinə imkan verməyib və qəhrəmancasına həlak olub. Havarlı kəndində dəfn edilib, kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində büstləri qoyulub.





Ruslan Həmid oğlu Muradov 1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. O, 1992-ci ildə Milli Ordu sıralarına daxil olub, Ağdam və Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib, Papravənd kəndinin müdafiəsində xüsusi fədakarlıq göstərib, 1992-ci ilin avqustunda düşmən tərəfindən vurulmuş təyyarənin heyətinin xilas edilməsi əməliyyatına rəhbərlik edib, 1992-ci il avqustun 22-də Gülyataq kəndinin azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına həlak olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650

Oxşar yazılar