Bakıda əcnəbiləri döyən şəxslərdən daha biri həbs olunub
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ABŞ vətəndaşı Amada Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis döyməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov iyunun 26-da saxlanılıb. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.
Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən ikisi isti izlərlə yaxalanıb.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-in və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər Nazirliyin rəhbərliyinin nəzarətindədir.
Əlavə edək ki, A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton Post» və «Nyu-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.

422