Bakıda Böyük Britaniya və ABŞ vətəndaşlarını döyən şəxslərin ikisi saxlanılıb
İyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Deviesin və ABŞ vətəndaşı Amanda Eriksonun döyülmələri barədə Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olub. DaxiLİ İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məlumat əsasında idarənin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Nazirliyin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslərdən ikisi – Bakının Ramana qəsəbəsinin sakini, 1993-cü il təvəllüdlü Adil Hüseyn oğlu Tağızadə və Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Roman Musa oğlu Həsənov həbs olunublar.
Cinayətin adları istintaqa məlum olan digər iki iştirakçısının da tapılıb tutulması və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir.

380