Kanalda batan polisin meyiti çıxarıldı
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Həsən Canət oğlu İsrafilovun axtarışları başa çatdırılıb. Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılan əməliyyat nəticəsində H.İsrafilovun cəsədi batdığı yerdən 500-600 m aralıda suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, batan şəxs Mingəçevir şəhər Mühafizə Polisi Şöbəsinin polis serjantıdır.
Qeyd edək ki, batan şəxs Mingəçevir şəhər Mühafizə Polisi Şöbəsinin polis serjantıdır.
590