DİN polislərin qadını zorlaması iddiasına münasibət bildirdi
Daxili İşlər Nazirliyi Bakının Nizami rayonu ərazisində 3 nəfər polis əməkdaşının qadının xidməti maşına basaraq, gizli yerə aparıb zorlaması iddialarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun Lent.az-a verdiyi məlumata görə, məsələ ilə bağlı araşdırmalar aparılır. E.Zahidov həmçinin qeyd edib ki, adları hallandırılan polis nəfərlərinin belə bir hərəkət etməsi sübuta yetirilsə, onlar ən sərt şəkildə cəzalandırılacaqlar.
“3 nəfər polis əməkdaşının həbs olunması ilə bağlı yayılan xəbərlər yanlış və əsassızdır. Belə ki, bu ayın 22-si gecə saatlarında bir qadın 23-cü Polis Bölməsinə müraciət edib və bildirib ki, guya 3 polis əməkdaşı onu apararaq intim münasibətə məcbur edib. Dərhal həmin şəxsin müraciəti qeydə alınıb və araşdırmalara başlanılıb. Həm də kiminsə xidməti geyimdə olması həmin şəxsin polis nəfəri olması demək deyil. Əgər araşdırmalar nəticəsində iddia olunan hadisənin baş verməsi və polis serjantlarının törətməsi müəyyənləşsə, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən onlar barəsində ən sərt tədbirlər görüləcək”.
Nizam RZA

830