“Herba-Flora”nın sərinləşdirici içkiləri satışdan yığışdırılacaq
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi, 2578-ci məhəllədə “Herba-Flora” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Fitonad” adlı qazsız suyun, düşes, tərxun, limon və qızılgül sərinləşdirici içkilərinin müvafiq resepturaları, üzüm və feyxoa sərinləşdirici içkilərinin isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyən olunub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, eyni zamanda müəssisədə qazsız suların istehsalı üçün müvafiq texnoloji təlimatın olmadığı və yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə sərinləşdirci içkilərin etiketlərində enerji və qida dəyərinə, konservant tərkibli olmasına dair məlumatların göstərilmədiyi müəyyənləşdirilib.
Bundan başqa, yoxlama zamanı istehsalat sahəsində saxlama müddəti ötmüş sərinləşdirici içkilər və üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilən etiketlər aşkarlanıb. Uyğunluq və gigiyenik sertifikatları, eləcə də müvafiq resepturası və texnoloji təlimatı olmadan istehsal edilmiş 10071,5 litr, saxlama müddəti ötmüş 3850 litr sərinləşdirici içki, habelə üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 73282 ədəd etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Qanun pozuntuları ilə əlaqədar “Fitonad” adlı qazsız suyun, düşes, tərxun, limon, qızılgül, üzüm və feyxoa sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Herba-Flora” firmasına icrası məcburi göstəriş verilib.

Oxşar yazılar

Ağdaşda 2-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
21 iyul 2025 , 11:25
Sumqayıtda GÜCLÜ YANĞIN: 33 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
21 iyul 2025 , 11:15
"Koroğlu” körpüsündə QƏZA: böyük tıxac yarandı
21 iyul 2025 , 10:47
UNEC-in tələbəsi qəfil öldü
21 iyul 2025 , 10:44Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 , 10:15
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
21 iyul 2025 , 10:10
Qazaxda piyadanı maşın vurub öldürdü
21 iyul 2025 , 10:06