Brilyant qaçaqmalçısı tutuldu
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasının qarşısı alınıb, qaçaqmalçılıq yolu ilə gizli şəkildə 141,14 karat brilyant daşları Azərbaycana gətirmiş şəxs cinayət başında yaxalanıb.
Lent.az MTN-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Fərəcov Mayis Şahverdi oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda brilyant daşları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində alınmasını və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil edib.
Müəyyən olunub ki, Mayis Fərəcov 2011-ci il iyunun 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Dubay şəhərinə gedib və orada həmin brilyant daşları alaraq şampun qabının içərisində gizlədib. 2011-ci il iyunun 15-də Mayis Fərəcov təyyarə ilə Bakıya qayıdıb və əldə etdiyi brilyant daşları hava limanının gömrük məntəqəsindən qaçaq yolla gizli keçirib.
Mayis Fərəcov Azərbaycan Respublikasının gömrük sərhədini keçdikdən sonra Hava Limanının avtomobil dayanacağında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıb. Mayis Fərəcovun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əlində olan sellofan paketdəki şampun qabının içərisində gizlətdiyi ümumi çəkisi 141,14 karat, qiyməti 43 min 240 manat dəyərində olan brilyant daşlar aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, Mayis Fərəcov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

957