Bakıda falçı tutulub
23 iyun 2011 11:45 (UTC +04:00)

Bakıda falçı tutulub

2010-cu il oktyabrın 16-da naməlum şəxs Yeni Günəşlidə yerləşən mağazada satıcı işləyən Lalə Əhmədovanı falına baxmaq adı ilə aldadaraq 50 manat, bir ədəd qızıl üzük, mobil telefon və uşaq oyuncaqları alıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Müşfiq Allahverdiyev iyunun 22-də yaxalanıb.

Onun başqa əməllərinin olub-olmaması araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar