Toydan qayıdan ailənin avtomobili qəzaya uğradı: 2 ölü, 4 yaralı
İyunun 23-nə keçən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Baş dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun 30-cu kilometrliyində Səlim Şirinovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Fariz Hüseynovun idarə etdiyi “QAZ 3110”la toqquşub. Nəticədə S.Şirinov və sərnişini Rəncbəri Rübabə hadisə yerində ölüb. “VAZ 2107”-də olan digər sərnişinlər, Fəridə İsmayılova, Gülbadam Şirinova, Rima Eyyubova, və 3 yaşlı Qələmşah Eyyubova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslər bir ailənin üzvü olublar. Onlar toy məclisindən qayıdırlarmış.
Faktla əlaqədar BDYPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Nizam RZA

558