19 iyun məhbusları apelyasiya şikayəti verdi
22 iyun 2011 11:28 (UTC +04:00)

19 iyun məhbusları apelyasiya şikayəti verdi

İyunun 19-da İctimai Palatanın Bakının müxtəlif istiqamətlərində keçirdiyi aksiyalar zamanı saxlanılaraq, haqlarında həbs cəzası verilən şəxslərdən ikisinin işindən apelyasiya şikayəti verilib.

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, haqqında 7 sutkalıq həbs cəzası verilən KAXCP üzvü Orxan Carçıyev və 5 sutka həbs cəzası alan AXCP üzvü Qafqaz Məmmədovla bağlı qərarlardan Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verib.

Qeyd edək ki, Orxan Carçıyev Nərimanov, Qafqaz Məmmədov isə Səbayel rayon məhkəmələrinin qərarı ilə cəzalandırılmışdı.

Xatırladaq ki, 19 iyun mitinqində saxlanılan 23 nəfərdən 10 nəfəri ilə bağlı məhkəmə qərarı çıxarılmışdı. Onlardan 6 nəfəri həbs cəzası almış, 4-ü isə cərimə edilərək azad edilmişdi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar