Rusiyada “işçi ticarəti” ilə məşğul olan azərbaycanlılar aşkarlanıb
Lent.az-ın “kp.ru” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan və Özbəkistan əsilli bu dəstənin üzvləri Voronej vilayətinə qeyri-qanuni yolla tikinti şirkətlərində işləmək üçün Özbəkistan, Qırğızıstan və Türkiyədən insanlar gətiriblər.
Mütəşəkkil dəstənin üzvləri həmin insanlara viza, qanuni iş və əməkhaqqı söz versələr də, hər şey əksinə olub. Onların pasportları alınıb, şəraitsiz daxmacıqlarda saxlanılıb, əməkhaqqı qismində qəpik-quruş verilib. Yəni bu insanlar faktiki girov olublar.
Rusiya hüquq-mühafizə orqanları Podqornı qəsəbəsində bu dəstənin girovuna çevrilmiş 27 Özbəkistan, 2 Türkiyə, 4 Qırğızıstan vətəndaşı, Povorinoda isə 16 Özbəkistan vətəndaşı aşkarlayıb.
Hazırda bu insanların qeyri-qanuni Rusiyaya gətirilməsi və girova çevrilməsi işi ilə məşğul olan Azərbaycan və Özbəkistan əsilli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş aparılır.

435