Gənc müğənninin “BMW X6”-ı cərimə meydançasına aparıldı
22 iyun 2011 10:18 (UTC +04:00)

Gənc müğənninin “BMW X6”-ı cərimə meydançasına aparıldı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qara pərdə, plyonka, səsgücləndirici vasitələrə qarşı həyata keçirdiyi reydlər davam edir.

Lent.az-ın məlumatına görə, dünən Neftçilər prospektində, Muzey Mərkəzinin yanında keçirilən reyd zamanı “Yeni ulduz 7” müsabiqəsinin qalibi, müğənni, bəstəkar, gitara ifaçısı Çingiz Mustafayev yol polisləri tərəfindən saxlanılıb. Səbəb müğənninin idarə etdiyi “BMW X6” markalı maşına qara pərdə vurulması olub. Lakin sonradan başqa bir problemin üstü açılıb. Yol polisi əməkdaşları müğənnidən sənəd tələb edən zaman məlum olub ki, onun heç bir sənədi yoxdur, hətta sürücülük vəsiqəsi belə.


Çingiz Mustafayev maşının dostlarına məxsus olduğunu, özünün idarə etmədiyini, maşına elə-belə mindiyini iddia etsə də, bunun heç bir nəticəsi olmayıb. Sənətçinin maşını müvəqqəti olaraq cərimə meydançasına aparılıb.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar