Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edir
21 iyun 2011 18:10 (UTC +04:00)

Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edir

Penitensiar Xidmət Ömürlük Həbs Cəzası Almış Məhbusların Müdafiə Komitəsinin iyunun 13-dən Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş 10-a yaxın məhbus aclıq aksiyası keçirməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Lent.az-a açıqlamasında bununla bağlı məhkumların həbsxana rəhbərliyinə müraciət etmədiyini bildirib: “Qobustan həbsxanasının rəisinə rəsmi olaraq, aclıq aksiyasının keçirilməsi ilə bağlı heç bir məhkum müraciət etməyib. Hər hansı aclıq aksiyasından hələ ki, söhbət gedə bilməz. Əlbəttə aksiya keçirmək hər bir məhkumun hüququdur. Belə olan halda həmin şəxs digər məhkumlardan ayrılır və lazım olan hallarda həkim nəzarətindən keçir. Əgər həyatı üçün problem yaranarsa isə məcburi olaraq qidalandırılır”.

Qeyd edək ki, Qobustan həbsxanası Azərbaycanda ən çox ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş məhbusların saxlandığı müəssisədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar