“Beşiktaş”ın baş məşqçisinin hesabına həbs qoyuldu
Bu gün İstanbulda birja əməliyyatlarında manipulyasiya ilə məşğul olduğu iddia edilən 33 nəfər saxlanılıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında keçmiş futbolçu Mecnur Çolak və Türkiyə milli komandasının keçmiş qapıçısı, hələ də milli komandada məşqçilər korpusunda çalışan Əngin İpəkoğlunun da olduğu bildirilir.
Ancaq Əngin İpəkoğlu jurnalistlərə bildirilib ki, saxlanılmayıb, ifadə vermək üçün polis şöbəsinə gəlib. Bu arada 47 nəfərin də bank hesabları üzərinə həbs qoyulduğu üzə çıxıb. Prokurorluq tərəfindən hesabına həbs qoyulanlar sırasında “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfur Havutçu da var.
Birjada manipulyasiya ilə bağlı saxlanılan şəxslərə aid olan 40-ya yaxın “Porsche”, BMW və “Land Rover”’ markalı lüks avtomobillər də polis şöbəsinə gətirilib.

454