30 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində öldü
21 iyun 2011 11:32 (UTC +04:00)

30 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində öldü

İyunun 20-də Bakıda bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sulutəpə qəsəbəsində R.Abbasova məxsus evdə fəhlə işləyən şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Məlumata görə, fəhlə 1981-ci il təvəllüdlü Məmmədov Osman Bağır oğlu ehtiyatsızlıq səbəbindən elektrik naqilinə toxunub. Nəticədə 30 yaşlı fəhlə hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar