İctimai Palatanın aksiyasında bitərəf şəxs həbs olunub
Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib.
O bildirib ki, saxlanılan və haqqında 3 sutkalıq həbs cəzası verilən bu şəxs bitərəf Nuşirəvan Məmmədovdur. Vəkil deyib ki, Nuşirəvan Məmmədovun sözlərinə görə, polis onu yoldan keçən zaman saxlayıb. O, heç bir partiyanın üzvü deyil, eyni zamanda partiya üzvləri də onu tanımır.
Onu da qeyd edək ki, dünən Ə.Mustafayev bildirmişdi ki, Prokurorluq və DİN-in birgə məlumatında aksiya zamanı saxlanılanlardan 10 nəfərin işi məhkəməyə göndərilsə də, onlar cəmi 9 nəfərin məhkəməsindən xəbərdardırlar. Lakin dünən günün sonunda 10-cu şəxsin kimliyinə də aydınlıq gəlib.
Ə. Mustafayev onu da qeyd edib ki, 19 iyun aksiyasına görə çıxarılan bütün məhkəmə qərarlarından apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, İP-in son aksiyasında saxlanılan KXCP üzvü Orxan Carçıyev 7, Müsavat Partiyası üzvü Vahid Abbasov, AXCP üzvləri Elçin Əhmədov və Qafqaz Məmmədov 5, Müsavat Partiyası üzvü Ramin Baxış isə 3 sutka həbs cəzası alıb. Dörd nəfər isə pul cəriməsi ilə azad edilib.
Anar GƏRAYLI

481