Yol polisinin 13 əməkdaşı korrupsiyaya görə xidmətdən xaric olunub
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilmiş tapşırıqlarla əlaqədar cari il yanvarın 29-da Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq, müvafiq göstərişlə icraya yönəldilib. DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin Planın icrası ilə əlaqədar bəzi neqativ hallar aşkara çıxarılıb.
Məlumata görə, bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub, habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 taqım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.
Nizam RZA

474