Bakıətrafı kəndlərdə təhlükəli hörümçək!
Orta Asiya dövlətlərindən Azərbaycana gələn “qaraqurd” hörümçəyindən zəhərlənmə hadisələri qeydə alınıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya bildirib ki, iyun ayında 2 nəfər “qaraqurd”un sancması şikayəti ilə şöbəyə müraciət edib: “4-5 ildir ki, hər il təxminən 10-12 nəfər bu hörümçəyin sancmasından zəhərlənir. Vaxtında yardım göstərilməsə, bu xəstələrin vəziyyəti ağırlaşır. Çünki bu hörümçəyin zəhəri ilan zəhərinə yaxındır”.
Şöbə müdirinin sözlərinə görə, Bakıətrafi kəndlərdə mövcud olan zəhərli həşərat Azərbaycana Orta Asiya dövlətlərindən idxal olunan meyvə-tərəvəz vasitəsilə gəlib.
Şöbə müdirinin sözlərinə görə, Bakıətrafi kəndlərdə mövcud olan zəhərli həşərat Azərbaycana Orta Asiya dövlətlərindən idxal olunan meyvə-tərəvəz vasitəsilə gəlib.
1451