“Kral” şadlıq sarayını atəşə tutan şəxs təslim oldu
13 iyun 2011 13:19 (UTC +04:00)

“Kral” şadlıq sarayını atəşə tutan şəxs təslim oldu

“Kral” şadlıq evinin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı istifadə olunmuş silah polisə təhvil verilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 6-da Şəmsi Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən atəş şadlıq sarayına atəş açan şəxs Sənan Dünyamalıyevdir.

O, könüllü olaraq Nərimanov RPİ 16-cı PB-yə gəlib və hadisə zamanı istifadə etdiyi “Churchill” markalı ov tüfəngini təhvil verib.

Məsələ ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, hadisə ilə bağlı qərəzli məqsədlə xuliqanlıq hadisəsi törətmə maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar