Nadir Orucovun barəsində həbs-qətimkan tədbiri seçildi
Bakının Nəsimi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucov barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə APA-ya Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Xəbərə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Nadir Orucovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyunun 8-də saat 16.10 radələrində Nəsimi rayonu ərazisində avtomaşınların yuyulma məntəqəsində oranın sahibi Nadir Orucov münaqişə zəminində "Makarov" tipli tapançadan açdığı 2 atəşlə Gəncə şəhər sakini Rövşən Rüstəmovu qətlə yetirib. N. Orucov könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə gəlib və 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı təhvil verib.
Onu da qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.
Nadir Orucovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

855