İstanbulda dostunu öldürən azərbaycanlı Ukraynaya qaçıb
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İstanbulda qətlə yetirilən şəxs Şirvan şəhər sakini, 29 yaşlı Hacıyev Rauf Ramiz oğludur. Mərhumun qohumları APA-ya bildiriblər ki, Şirvanda yaşayan futbol məşqçisi Ramiz Hacıyevin oğlu Rauf İstanbulda toxuculuq firmasında çalışırmış. Onu qətlə yetirən şəxs isə onunla dostluq etmiş 35 yaşlı Ceyhun Bağırovdur. Əslən Neftçala rayonundan olan Ceyhun Bağırovun qətli törətdikdən 5 saat sonra İstanbuldakı Sabiha Gökçen hava limanından təyyarə ilə Rusiyaya, oradan isə Kiyevə qaçdığı bildirilir.
Qeyd edək ki, “Habertürk”un verdiyi xəbərə görə, iyunun 8-də saat 15:30 radələrində şəxsiyyəti açıqlanmayan bir nəfər şəhərin Fatih rayonunda, “Avropa Pazar Karqo” şirkətinin qarajına gələrək Bakıya yük göndərəcəyini bildirib. Yükü aidiyyəti üzrə təhvil verən həmin şəxs çox keçmədən oradan uzaqlaşıb. Lakin yükü TIR-a yükləmək istəyən şirkət əməkdaşları kəskin qoxu gəldiyini hiss etdiklərindən yükü açıblar. Bu zaman qutuda kişi meyiti olduğu müəyyənləşib.

776