Deputatlığa namizəd öldürüldü
İki gündür, haqqında məlumat olmayan Türkiyənin Demokratik Sol Partiyasının Bitlisdən deputatlığa namizədi olan 33 yaşlı Bədri Aydının meyitini tapıblar. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, meyiti dağda sürüsünü otaran çoban tapıb.
Çoban dağda üstü kol-kosla örtülmüş meyiti tapdıqdan sonra polisə zəng edərək, məlumat verib. B.Aydının maşını isə qətlə yetirildiyi Hizan Qolludərə yolunun 20-ci kilometrliyində tapılıb. Hadisə yerində, həmçinin, “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patronlar aşkarlanıb.
Hadisənin ardınca qətl yerinə baxış keçirilib. Hazırda qətllə bağlı araşdırmalar aparılır.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16