Jurnalist Süleyman Osmanoğlu vəfat edib
05 iyun 2011 23:21 (UTC +04:00)

Jurnalist Süleyman Osmanoğlu vəfat edib

“Yeni Müsavat” qəzetinin məlumatına görə, jurnalist ürək xəstəliyindən əziyyət çəkirdi.

1952-ci il iyul ayının 10-da Qazax rayonunun Kəmərli kəndində anadan olan Süleyman Osmanoğlu mətbuatla əməkdaşlığa orta məktəb illərində başlayıb. “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində yazıları dərc olunub. Jurnalist fəaliyyəti boyunca dövlət radiosunda, “Azadlıq”, “Ekspress”, “Günaydın” qəzetlərində çalışıb, “Müxalifət” qəzetinin baş redaktoru olub. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Süleyman Osmanoğlu iyunun 5-də Bakının Əhmədli kəndində dəfn edilib. Dəfn mərasimində jurnalistlər, ictimaiyyət nümayəndələri, siyasətçilər iştirak edib.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar